Hacıqabul rayonunda iki ay əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb. Teleqraf.com xəbər verir ki, hadisə ötən il noyabrın 29-da rayonunun Qubalı-Baloğlan kəndində qeydə alınıb.
Kənd sakini Ağaşərif Əzizov evindən 400 manat və qızıl əşyalar oğurlanıb. Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Hacıqabul rayon polis şöbəsinə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qubalıbaloğlan kənd sakini Mirzağa Əzizov tutulub.
Mirzağa Əzizov zərərçəkmişin qardaşı oğlu olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov