Yevlax rayonunda intihara cəhdin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Yevlax rayon Polis şöbəsindən məlumat verilib.
Məlumata görə, iyulun 20-də Yevlax şəhərinin ərazisində şəhər sakini Orxan Məmmədov özünü körpüdən Kür çayına atmağa cəhd göstərib. Onun Kür çayına özünün atmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov