Rusiyanın məşhur "Pussy Riot" qrupunun üzvü Nadejda Tolokonnikova beynəlxalq axtarışa verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarından məlumat verilib.
2023-cü ilin martında Nadejda Tolokonnikovaya sosial şəbəkələrdə dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb. O, bir neçə ildir ki, ABŞ-də yaşayır .
2012-ci ildə Nadejda Tolokonnikova və "Pussy Riot"un digəri iki üzvü Mariya Alekhina və Yekaterina Samutseviç Moskvadakı Xilaskar Məsih kilsəsindəki “pank duasına” görə iki il müddətinə azadlıqdan məhrum ediliblər. Feministlər 2013-cü ildə amnistiya ilə azadlığa buraxılıblar.