13:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin Şaiq oğlu İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İlkin dinləmələrdən sonra işin məhkəmə baxışına verilməsi müzakirə olunub.

Növbəti iclas fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, Emin İbrahimov ötən ilin iyulunda həbs olunub. İttihama görə, təqsirləndirilən şəxsin bıçaqladığı şəxs ağır xəsarət alıb, amma onun həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər