23 Sentyabr 2014 16:05
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələri saxlamaqda təqsirli bilinən Qusar rayon sakini, 1974-cü il təvəllüdlü Mahir Nəcəfovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Qusar rayon Məhkəməsində keçirilən prosesdə Mahir Nəcəfovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi üzrə ittiham sübuta yetirilməyib.

Hakim Adil Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Nəcəfovun barəsində bəraət hökmü çıxarıb. Bəraət alan Mahir Nəcəfov məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluğun protestinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb və şikayət təmin edilməyib.

Mahir Nəcəfov 2013-cü ilin iyulun 26-da Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. Məhkəmə sənədlərində qeyd olunur ki, guya ondan 12,33 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdu.

Hacı Zeynalov


Müəllif: