11 Yanvar 2015 22:26
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, Şabran rayonu, Çuxurzəmi kənd sakini, 1973-cü il təvəllüdlü Babayev Fərman Əliağa oğlunu elektrik cərəyanı vurub.

Elektrik dirəyində yerə yığılan F. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri də alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: