Bakının Binəqədi rayonunda zorlama hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Minayə Əliyeva (ad və soy ad şərti göstərilib) Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət edərək təcavüzə məruz qaldığını bildirib.
Minayə Əliyeva şikayətində deyib ki, Azər adlı tanışı tərəfindən otellərdən birində zorlanıb. Hadisə ilə bağlı 40-cı bölmədə aparılan araşdırma zamanı 23 yaşlı qıza təcavüz edən şəxsin izahatı alınıb.
Daha bir zorlama faktı Qaradağ rayonunda baş verib. Gürcüstan vətəndaşı olan 1992-ci il təvəllüdlü qız Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edərək zorlandığını bildirib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov