Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə ittiham olunan Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Ceyhun Məmmədov mübahisə zəminində tanışı Qəzəlxan Mirzəyevi bıçaqlayaraq öldürməyə cəhd edib. O, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ceyhun Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov