17 May 2016 14:23
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.


Şəmkir Rayon Polis İdarəsinin Zəyəm Qəsəbə Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elçin Pənah oğlu Nəsibov aralarında yaranan mübahisə zəminində bacısı, 1986-cı il təvəllüdlü Səhər Pənah qızı Nəsibovaya 6 bıçaq zərbəsi endirib. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.


Polis Bölməsindən bildirdilər ki, hadisəyə səbəb Elçin Nəsibovun bacısı səhərin internetdə fotolarını görməsi olub. O, bacısının bu əməlinə əsəbləşib və buna görə də onu bıçaqlayıb.


Bıçaqlanan qadın 3 azyaşlı uşaq anasıdır. Hadisəni törədən E. Nəsibov artıq saxlanılıb.


Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: