14 Noyabr 2020 22:43
4 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin kütləvi şəkildə Qafqaza köçürülməsindən sonrakı dövrə baxdığımızda görürük ki, ən yaxşı erməni padşahsız ermənidir.

Erməni toplumunun başına bir rəhbər keçdiyi zaman ən yaxşı halda Daşnaksütyun, ən pis halda isə Asala ətrafında birləşirlər.

Son yüz ildə biz onların hər iki üzünü görmüşük.

Ermənilər təşkilatlandıqları zaman 1905-1906-cı il qətliamlarını törətdilər.

I Dünya müharibəsində təbəələri olduqları Osmanlı dövlətinə qarşı böyük xəyanət etdilər, düşmən dövlətin ətəyinə sığındılar. Nəticədə məcbur qalan Osmanlı paşaları həm dövlətin varlığını qorumaq, həm də silahlı erməni qrupların fitnəsinə qoşulmamaları üçün onları köçə məcbur etdilər. İllərdir etdikləri xəyanəti “soyqırımı” adlı ilə dünyaya satmaq istəsələr də, alıcı tapa bilmədilər.

Çar Rusiyası dağıldıqdan sonra ermənilərin başına padşah keçən kimi Zəngəzura, Naxçıvana, Qarabağa iddialı oldular. İrəvanı güzəştə getdik, amma bu dəfə Anadoludan qatil Androniki ixrac edib kəndlərimizi yağmalamağa, yandırmağa başladılar. Ermənilərin başına Dro, Njde keçdikləri zaman terrorçuluqdan alman faşizmi ilə açıq əməkdaşlığa qədər bir yol qət etdilər.

Nemezis əməliyyatı keçirdi başçıları. Azərbaycan Cümhuriyyəti və Osmanlı dövlət xadimlərini qətlə yetirdilər. Sonrasında Asala quruldu, türk diplomatları sui-qəsdlə öldürdülər.

Ermənilərin başına Köçəryan, Sərkisyan kimi padşahları keçdiyi zaman isə Xocalı soyqırımını törətdilər.

Diasporadakı başçıları da onlardan geri qalmadı. Avropa və Amerika dövlətlərinin ətəyindən yapışaraq uzun illər Türkiyə və Azərbaycanın əleyhinə fəaliyyət göstərdilər.

Ən nəhayət ermənilərin başına Paşinyan keçdi. Əvvəlkilər kimi hərbi cinayətkar olmadığı üçün dilinə və rəqsinə güvəndi. Danışdı və oynadı. Onun olmayan torpaqlarda. Azərbaycan xalqını təhqir etməyə çalışdı. Nəticədə minlərlə erməni terrorçusunun məhvinə səbəb oldu.

Tarix göstərir ki, ermənilərin başına kim keçibsə, bu toplumu fəlakətə düçar edib. “Dənizdən-dənizə” xəstəliyi ilə nəticədə dizdən-dizə düşüblər.

Erməni xalqının bu saatdan sonra ən ağıllı addımı padşahlarından, liderlərindən imtina etmələridir. Qarabağdakı ermənilər, nəhayət, bu həqiqəti başa düşəcəklər və artıq düşüblər də. Onlar Azərbaycan vətəndaşı olaraq firavan həyat yaşaya bilərlər. Eləcə də Ermənistandakı ermənilər padşahlarına etiraz edib bizimlə normal münasibət qurmaq istəsələr, gələcəkləri uğurlu ola bilər.

Əks halda dünya hələ onların çox uçuşunu izləyəcək.

Ona görə də ən yaxşı erməni padşahsız ermənidir...

O halda onlar bizim hərbi yox, ədəbi hədəfimiz olurlar.


Müəllif: Dilqəm Əhməd