8 Dekabr 2014 13:37
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin Süleymanov

Salam əziz oxucum !

Əsgərlikdən sonra yenidən qələmimi əlimə aldim …

Bu dəfə qısa bir hekayə yazimla sizin görüşünüzə gəldim…

Bakı-xatiratima həsr olunmuş yaşanmış bu ibrətamiz hekayə bəşəri hisslərə və insanlığa həsr olunub.
Ümid edirəm ki, hər bir oxucumun xoşuna gələcək…

Həyat öz axarında idi…

Durna uzaq səfərlərdən gəlirdi …Uçarkən doğma Bakısını görmüşdü…Gəzir və çox sevdiyi bu şəhərdən təcrübə əldə edirdi…Birdən insanları gördü…Hər kəs öz işində həyatın axarında idi…Kimisi işə gedir, kimisi toy edir, kimisi ağlayır kimisi gülürdü …Yəni həyat öz emosiyaları ilə insanların üzündə görünürdü...

O, gözəl Bakısından keçəndə köhnə bir küçəyə gəldi..Birdən Valya nənənin ona rusca dedikləri “cavan oğlan, sənə yalvarıram, kömək edin” cümləsini eşidər-eşitməz yaşlı xanıma sarı getdi:
-Buyurun “babuşka”, necə kömək edə bilərəm sizə...
İlk öncə ona sarı qaçan durna həyatın hər üzünü görmüşdü... O, köçəri olduğundan hər situasiya ilə rastlaşmışdı... “Babuşka”ya sarı qaçanda belə onun rus olduğunu bilirdi. Çünki, durna eyni zamanda multikulturalist bir ölkədə türkiyəli qardaşlarımız demişkən “hoşgörü”nü öyrənmişdi...

Babuşka Valyanın qarşısındakı pişikləri gördü...Onlara sığal çəkdi...Valya balaca hasarın üzərindəki pişiyi göstərərək dedi :
- “Moldoy malçik”, bu sosiskalardan birini ora qoya bilsəniz mənə kömək etmiş olacaqsınız, hətta dünyaları belə mənə vermiş olacaqsınız...

Durna gülümsədi...Əlbəttə “babuşka” ...Əlbəttə ...-deyib sosikalardan ikisini götürüb hasara sarı boylandı...Boyca hündür olan durna sosiskaları pişiyin yanına qoydu...Valya nənə israrla ona beş dəqiqə ayırmağı söylədi...Durna çox tələssə də, həyatının bu yaşında qazandığı öz kiçik məvacibi ilə çöl pişiklərinə sosiska alan bu qoca qadının könlünü qırmamışdı...
Valya nənənin durnaya söylədikləri...

Valya nənə ağlamağa başladı...Onun gözlərindən tökülən yaş köçəri durnanı narahat edirdi:

-Ağlama babuşka , ağlasan gedərəm–deyə onu sakitləşdirirdi...
Valya söhbətə başladı:

“Molodoy malçik“ sizə bunu necə deyəcəyimə utanıram...Siz müsəlmansınız,amma mən danışacağım söhbət Hz.İsa Məsihidəndir...

Durna: -Bizim dinimizdə Hz.İsaya hər zaman hörmət var nənə! Hədislərimizdə adı tez-tez çəkilər.Biz tolerantıq...Siz çəkinməyin-deyərək durna xristian –“babuşka” Valyaya özünü ifadə etməkdə çətinlik çəkməsin deyə köməklik etməyə çalışırdı.Çünki onun mentalitetində böyüyə hörmət , izzət vardı...

Valya söhbətə başladı:
-Bir gün bizim peyğəmbərimiz Hz.İsa nitqini xalqa çatdırırdı...Amma o çıxış etdikdən sonra bir nəfər ona qarşı gəldi...Deyirdi ki, guya o peyğəmbər deyil...Guya o aldadır...Peyğəmbərimiz isə deyir ki,ona ürəyi açıq deyil-xəsisdir...Xalqa deyir ki, bunu və peyğəmbərliyimi sübut etmək üçün bu gün onlara qonaq gedəcək , amma xəbis insan onu qarşılamayacaq-qapısından qovacaq...O insan deyir ki, sabah burda görəcəksiniz ki, qapımızı tanımayan Hz.İsa yalan danışır o bizi tapa bilməyəcək...O insan evə gedir hər bir nemətdən stola düzürlər ki, bəs Hz.İsa qonaq gələcək...Bir az keçir qapı cırıldayır...Hamısı qapıya sarı qaçır...Qapını açdıqda görürlər ki, pişikdir : ac pişik qapı açılan kimi stola sarı gedir...Evdəkilər və kişi onu çölə atırlar ki, peyğəmbərindir...Bir az keçir qapıdan səs gəlir.Yenə eyni səhnə bu dəfə ac it idi gələn...Onu da qovurlar...Bir az keçir...Bu dəfə qapını döyən başı bağlı saçları uzun bir dilənçi olur.Onlardan bir tikə çörək istəyir ...Kişi deyir peyğəmbər süfrəsidir heç kəsə heç nə verə bilmərəm...Səhər Hz.İsa kilsədə nitq söyləyəndə kişi yenə onun sözünü kəsir; -Sizi aldadır , dünən qonaq gəlirdi guya , gəlmədi.Çünki o peyğəmbər olsaydı evimizi tanımalı idi.Özü söz vermişdi...Gəlmədi...

Hz.İsa gülümsəyir:-Bəli, söz verdim...Dedim ki, xəsissiniz yemək verməyəcəksiniz.Çünki qəlbini təmiz deyildi...Qəlbi təmiz olanların süfrəsində otururam...Mən pişik kimi gəldim,it kimi gəldim,ən son dilənçi şəkli alıb gəldim.Amma siz o qədər xəsisdniz ki, peyğəmbərinizə bir tikə çörək vermədiniz...Kişi qızarır dediyinə kor-peşman olub peyğəmbərdən üzr istəyir...

Durna bütün bunları dinləyib Valyanın göz yaşlarını silir:

- Babuşka Valya bu əhvalatı danışdınız ki, mən müsəlmanam amma biz də heyvanları çox sevirik.Amma nadirən olar ki, sizin kimi az maaşla bu qədər sosiska alıb onlara verək.Amma evlərimizdə pişiklərimiz çox olur...

Durna pişikləri sevən qoca Valyanın danışdığı hekayədə şəkkindən düşünərək pişikləri sevdiyindən bu hədisi ona danışdığını söyləyir.Valya isə davam edir :

- “Molodoy malcik”! ...Bunları sənə ona görə danışmadım...Sənin qəlbin təmizdir...Səhərdən neçə adama yalvardim o hasara dırmansın...Sən ettin...

Durna təəccübləndi: -Mən nə ettim ki…

Valya:

- Sən o pişiyin gözlərinə bax .Ağlamağa- dərdini boşaltmağa və görməyə məhkumdur.Sən ona kömək ettin.O hekayənin tam əksi oldu ...

Durna pişiyin gözlərinə baxdı...Hasarda öz pişik dostlarından yalqız qalan Valya nənənin pişiyinin gözlərinin ikisinin də olmadığını gördü...İbrətamiz hekayəsində qəhrəmanin özü olduğunu da ...

O üzünü Valya nənəyə tutub həyəcanlı səslə: - Uca Allah hamimizi sınağa çəkir nənə...Siz mənə çox şeyi öyrətdiniz çox şükür ki, qəlbimin təmizliyimi bir ayna kimi göstərdiniz...

Durna saatına baxdı gec qalırdı.Uzun diyarlar gəzmiş insan simalarını yaxşı taniyan qəlbi təmiz durna planetimizin varlığı olan heyvanlarla sınandığını ağlına belə gətirməmişdi: -Valya nənə, insanlardan da elələri olur...Sizə qısa deyəcəyəm hekayənizlə ibrət dərsi verdiniz...Həyatda üzü gülən insanlarda olur nənə ...Onların üzü gülsə də, heç vaxt ağlaya bilmirlər dərdlərini ürəklərində sipər edirlər.Mən həyatda onların qeydinə qaldım. Bu pişik mənə o sınağı xatırlatdı.-deyib Valya babuşkası ilə vidalaşdı...
Valya onun arxasınca bunları söylədi: Uca Allahın qonağı, yolun açıq olsun...
Durnanınsa onun arxasınca maşına minərkən ucadan səsləndi: -Yolun açıq olsun nənə ...Sizi görməyimə şad oldum...Böyük xeyir duasıyla gedirəm...Qəlbi təmiz gedirəm nənə...

P.S: Bu məqalənin yazarı da kənardan dostunu gözləyə-gözləyə, çoxmədəniyyətli insanların qonaq olduğu doğma Bakısında Durna ilə Valya “babuşka”nın arasında keçən bu dialoqun şahidi olurdu.Tolerantlığın şahidi olan yazıçı eyni zamanda iki əlavə nəticəyə gəldi...

1.Valya nənənin hekayəsindən heyvan sevərliyin gözəl bir insani sınaq olduğunu,

2. Durnanın qısa hekayəsindənsə insanlığın atributunun nə demək olduğunun şahidliyini...


Müəllif: