28 İyul 2016 16:27
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-dən Nizami Kino Mərkəzində ABŞ və Fransanın istehsalı olan “Qiyamət gecəsi 3” bədii və Çinin 3D formatında çəkilmiş “Buni ayıları: sirkin sirri” animasiya filmlərinin nümayişi başlanıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fantastika, döyüş və triler janrında çəkilmiş “Qiyamət gecəsi 3” filminin ssenari müəllifi və rejissoru Ceyms De Monakodur.

Qiyamət gecəsinin beynəlxalq trendə çevrildiyi ideal gələcəyə xoş gəlmisiz. Dünyanın hər tərəfindən olan turistlər Amerika aeroportuna axışırlar: ancaq ildə bir dəfə burada hər şeyə icazə verilir. Amma səhərə sağ çıxmaq şərtilə.

Rollarda Frenk Qrillo, Elizabet Mitçell, Maykelti Uilyamson, Cozef Culian Soriya, Betti Qebriel, Terri Serpiko, Edvin Hoc, Kayl Sikor, Berri Nolan, Liza Kolon-Zay və digər aktyorlar çəkiliblər.

“Buni ayıları: sirkin sirri” animasiya filminin rejissoru Dinq Lianqdır.

Bu xoşbəxt nağıl bütün ağır sınaqlardan bir yerdə çıxan dostlar haqqındadır.

Baş rollarda Van Danqing, Çen Guang, Ma Haolun, Yutian Meng, Xiao Tan, Çjan Vey, Sun Xiaodong, Xin Yuan, Binqjun Zang çəkiliblər.


Müəllif: