Xalq artisti Fəxrəddin Manafov Rus Dram Teatrında "Kazanova" tamaşası ilə sevənlərinin görüşünə gəlib.
Teleqraf.com xəbər verir ki, Fəxrəddin Manafov tamaşadan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, televizyada görsənməməsinin səbəbini açıqlayıb: "Məni bir də 8 ildən sonra görəcəksiniz. Televiziyaya çıxmağa vaxtım olmur. Şükürlər olsun ki, işlərimiz çoxdur. Eləcə də televiziyada məni maraqlandıran verilişlər, mövzular olmur".
Xalq artisti "Təhminə" filmindəki Zaur obrazının hələ də sevilməsinin sirrini açıqlayıb: "Təhminə" filminin çəkilməsindən 23 il keçib. Allah Rasim Ocaqova rəhmət eləsin. Mənim bəxtim onda gətirdi ki, Rasim Ocaqova rast gəldim. Filmdə məhəbbət o qədər güclüdür ki, Zaur obrazı hələ də sevilir. Artıq 62 yaşına qədəm qoymuş adamam. Yaxın günlərdə "Əli və Nino" filmi çəkildi. Böyük uğur qazandı. Buna görə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm".
Xalq artisti insanlar tərədindən çox sevilməsinə də aydınlıq gətirib: "Məhəbbət bitməz bir həqiqətdir. İnsan yaşadıqca məhəbbət də olacaq. Bu qədər sevilməyimin sirri çox səmimi insan olmağımdır. Gənc olanda "Romeo və Culyetta"ya baxanda düşünürdüm ki, nə vaxtsa o filmdən də güclü film çəksinlər".
Tamaşanın nümayişi "ADDIM” Gənclər Təşkilatının "Teatra ADDIMla” layihəsi çərçivəsində reallaşıb.
Rəqsanə