19 Yanvar 2017 11:36
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pantomima Teatrında yanvarın 22-də Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya məxsusdur. “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.

“Adajio” poetik düşüncəsi bir şəhər parkında vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində öz düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələrini edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir. Səhnə əsərində rəqslərin quruluşu Elnur İsmayılova aiddir.


Müəllif:

Oxşar xəbərlər