67-ci Beynəlxalq Berlin Film Festivalının qaliblərinin adları açıqanıb.
Teleqraf.com verir ki, hollandiyalı rejissor Paul Verhoevenin sədr olduğu münsiflər heyəti festivalda “Qızıl ayı” mükafatına “Bədən və ruh” filminə görə macar rejissoru, xanım İldiko Enyedi layiq görülüb.
Ən yaxşı rejissor nominasiyasında “Gümüş ayı” mükafatı “Ümüdin digər tərəfi” filminə görə Aki Kaurismaekiyə, ən yaxşı kişi aktyor mükafatı isə Tomas Arslana təqdim olunub.
Cənubi koreyalı aktrisa Kim Min-he ən yaxşı qadın aktrisa seçilib. Fransız rejissor Alain Qomisin çəkdiyi “Felicite” filmi münsiflər heyətinin mükafatını alıb. Ən yaxşı ssenari nominasiyanın “Gümüş ayı” mükafatçıları “Fantastik qadın” filminin ssenari müəllifləri Şilili Sebastin Leylo və Qonzales Maza olublar.
Fevralın 9-da start götürən Berlin Film Festivalında 72 ölkədən 399 film nümayiş olunub.
Pərvin