20 Fevral 2017 16:55
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrının solisti, əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova Minskdə çıxış edəcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, fevralın 25-də Afaq Abbasova Belarus Opera və Balet Teatrında C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdir. Radames rolunda Belarusun xalq artisti Sergey Frankovski səhnəyə çıxacaq.

Aida Afaq Abbasovanın ən çox sevdiyi partiyalardan bididir. O hətta ötən il dünyaya gələn qız övladına C.Verdinin qəhrəmanının şərəfinə Aida adını verib.

Nərmin


Müəllif: