Teleqraf.com-un məlumatına görə, görüş avqustun 2-də “Yarat” Müasir İncəsənət Mərkəzində baş tutacaq.
Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək, ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək.
Daha sonra isə mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayiş olunacaq.