22 Sentyabr 2017 09:26
3 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin budəfəki qonağı “Bozbaş Pikçers”dən Fəlakət kimi tanıdığımız aktyor Elşən Orucovdur.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …son dəfə nə düşünərdiniz?

- Arxamda qalanları...

- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Qutabdan, dolmadan yeyib, ayrandan içib 1 günlük kökələrdim.

- …kiminlə görüşmək istəyərdiniz?

- Yaxınlarımla.

- …hansı ölkəyə getmək istərdiniz?

- Amerikaya! Bu mənim ən böyük arzumdur.

- …kimi öpərdiniz?

- Ailə üzvlərimdən birini...

- …hansı kitabı oxuyardınız?

- İnanmıram ki, kitab oxuyardım...

- …hansı musiqiyə qulaq asardınız?

- Hər hansı bir ritmik pop musiqisinə.

- …kimə və nə hədiyyə edərdiniz?

- Hamıya gülüş hədiyyə edərdim.

- …hansı filmə baxardınız?

- Filmə baxmaqla vaxt itirməzdim.

- Son kəlmələriniz nə olardı?

- Kəlmeyi-şəhadət...


Müəllif: Könül Əlibəyli