Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı “Şərəf” medalı ilə təltif olunub.
Nəriman Əbdülrəhmanlı Teleqraf.com-a açıqlamasında deyib ki, "Borçalı" Cəmiyyəti hər il ilin yekunlarına görə Akademik Zahid Xəlilov adına "Türklüyə xidmət" mükafatı, ictimai və yaradıcılıq fəaliyyətinə görə "Şərəf" medalı və diplomlar verir:
“Mən “Şərəf” medalına 2017-ci ildəki yaradıcılıq fəaliyyətimə görə layiq görüldüm. Bu mükafatı almağımda bu il nəşr olunan və oxucular tərəfindən maraqla qarşılanan “Taclı” romanım, eləcə də tərcümə edib çap etdirdiyim kitablar, publisistik yazılarım böyük rol oynadı.
Mükafata layiq görülməyimdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.