Kino dünyasının hər il səbirsizliklə gözlənilən festivallarından biri Venesiya Film Festivalı ötən gün start götürüb.
Teleqraf.com xəbər verir ki, İtaliyanın Lido yarımadasında gerçəkləşən festivalın qırmızı xalısında ulduzlar bir araya gəliblər. Festival meksikalı məşhur rejissor Alexandro Qonzales İnarritunun yeni filmi ilə açılıb.
71-ci dəfə həyata keçirilən festivalın əsas mükafatı “Qızıl Şir” uğrunda 20 film yarışacaq. Mütəxəssislərin fikrincə, Alexandro Qonzales İnarritunun, Andrey Konçalovskinin, Ceyms Franko və digər rejissorların filmləri festivalın yadda qalan filmləri olacaq.
Qeyd edək ki, dövlət sifarişi ilə “Azərbaycanfilm”də çəkilən “Nabat” bədii filmi festivalın “Horizontlar” müsabiqə proqramına daxil edilib. Bu proqram dünya kinosunda yeni meylləri ifadə edən filmlər üçün nəzərdə tutulub. Qeyd edək ki, “Nabat”la yanaşı sözügedən proqramda 16 rejissorun filmi yarışacaq.
Türkiyəni festivalın əsas müsabiqə proqramında iki film : Fatih Akının “Yara” və Kan Müjdeçinin “Sivas”la təmsil olunacaq. Kann Festivala qatılmayan “Yara” filmində hadisələr 1915-ci ildə cərəyan edir. “Yara” qondarma erməni soyqırımından bəhs edir. Filmdə Nazareth Manoogian adlı gənc doğma Mardin kəndindən sürgün edilir, deportasiyadan sonra öyrənir ki, qızları sağ ola bilər. O, müxtəlif məkanlara üz tutub qızlarını axtarmağa başlayır.
Festivala sentyabr ayının 6- Honkonq müəllif kinosunun istedadlı nümayəndələrindən biri Enn Hueyin “Qızıl əsr” filmi ilə yekun vurulacaq. Film çinli xanım yazar Syao Xonqa həsr olunub.
Nərmin