Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümü Şəkidə açılacaq.
Teleqraf.com xəbər verir ki, sentyabr ayının 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün təntənəli açılış mərasimi Şəki şəhərində baş tutacaq. Sentyabr ayının 11-dən isə Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı öz işinə start verəcək. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.
Nərmin