15 Sentyabr 2014 16:56
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hamı bir ağızdan dedi ki...”

““Əmir Teymur”a baxıb yaxşı axsamırdı demək, qeyri-ciddi yanaşmadır”.

Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı deyib.

Bununla da o “Əmir Teymur” tamaşasında rol gərəyi yaxşı axsamadığını deyənlərə cavab verib:

“Nəsimi” filmi yeni nümayiş olunan vaxtlar idi, Mədəniyyət və İncəsənət Universitetinin uşaqları ilə birgə gedib filmə baxdıq. Filmdən çıxanda bir ağızdan hamı söylədi ki, gözəl işdir, gözəl ssenaridir, bir sözlə hamı təriflədi. Bir nəfər var, adını çəkmək istəmirəm, dedi, siz orda yerə siqareti gördünüz, axı o vaxt elə siqaret yox idi. Biz də cavabında:

“O boyda filmə baxdın, gördüyün ancaq siqaret oldu?” dedik. Bu mənada “Əmir Teymur”a baxıb yaxşı axsamırdı demək, qeyri-ciddi yanaşmadır. İş mübahisə doğurursa, deməli orda iş var. Biganəlik varsa, deməli orda heç bir iş görülməyib”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər