Amerikalı rejissor Todd Fillipsin ekranlaşdırdığı “Coker” filmi Böyük Britaniyanın Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) təqdim etdiyi nominasiyalarda birinci yeri tutub.
Teleqraf.com xəbər verir ki, nominantlar arasında ikinci yerə rejissoru və ssenari müəllifi Kventin Tarantinonun “Bir dəfə Hollivudda”, üçüncü yerə isə britaniyalı rejissor Sem Mendesin “1917” filmi çıxıb.
“Ən yaxşı film” kateqoriyası üzrə “Coker”, “Bir dəfə Hollivudda”, “Parazitlər”, “1917” və Martin Skorsezenin “İrlandiyalı” ekran əsərləri yer tutub. “Ən yaxşı rejissor” titulunu isə Sem Mendes, Todd Fillips, Martin Skorseze, Pon Çjun Xo, Kventin Tarantino əldə edib.