İçərişəhərdəki bir çox muzeylərə giriş pulsuz olacaq.
Teleqraf. com-un məlumatına görə, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən xəbər verilib. Muzeylərə pulsuz giriş ancaq iki gün ərzində mümkündür.
Oktyabrın 11-12-də “Avropa irs günləri” layihəsi çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun tabeliyindəki bir sıra muzeylərdə “Açıq qapı” günü elan edilib.
“Açıq qapı” günü ilə əlaqədar Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev muzeyi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə giriş havayı olacaq.