4 Noyabr 2014 17:54
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 5-6 noyabr tarixlərində Bakıda keçiriləcək III Beynəlxalq Teatr Konfransı ilə bağlı Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, UNİMA-nın bədii rəhbəri Ayşa Rau, Baqota Bələdiyyə Teatrının bədii rəhbəri Ramiro Osorio və ABŞ-dan olan teatr rəssamı İosif Yusupov iştirak edib, jurnalistlərin suallarını cavablandırıblar.

Teleqraf.com-un xəbərinə görə, konfransı açıq elan edən Ədalət Vəliyev bildirib ki, bu ilki beynəlxalq konfrans həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək. O qeyd edib ki, konfransda 50-dən çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Nazir müavini ötən illərdə təşkil olunan sözügedən konfransın Azərbaycan teatrının inkişafı baxımından çox səmərəli olduğunu və bir çox beynəlxalq layihələrin keçirilməsinə şərait yaradıldığını qeyd edib. O bildirib ki, Azərbaycan teatrı artıq dünya teatr arenasında özünəməxsus yerə sahibdir:

“Son dörd il ərzində Azərbaycan teatrının beynəlxalq arenada tanıtımına nail olmuşuq. Bu böyük uğurdur”

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau Azərbaycana ilk dəfə gəldiyini bildirib, qarşılıqlı görüşlərin iki ölkə teatrlarının inkişafına xidmət edəcəyini deyib: “Ölkənizə ilk gəlişimdən dolayı çox sevincliyəm. Burada insanların əhval ruhiyyəsi və şəhəriniz çox gözəldir. Bu tədbirdə iştirak etməkdə məqsədim Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır. Biz ikitərəfli görüşlər keçirəcəyik və istərdim Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsin”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Teatr Konfransının açılışı sabah baş tutacaq. “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş konfansda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələri dinləniləcək. Konfrans çərçivəsində “Müasir teatrşünaslıq” (akademik Nelli Korniyenko, Ukrayna), “Rejissor və aktyor sənəti” (Paddi Kannin, Böyük Britaniya) və “Səhnəqrafiya” (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər