Kazanda “Türkvision-2014” beynəlxalq televiziya müsabiqəsi keçiriləcək.
Teleqraf.com Tatarıstan KİV-nə istinadən xəbər verir ki, bu il “türk dünyasının qızıl səsi” adı uğrunda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Tuva, Başqırdıstan, Türkmənistan, Gürcüstan, Moldova, Ukrayna, Makedoniya, Bosniya və Herseqovinadan, Krımdan, digər ölkələrdən və regionlardan 24 müğənni mübarizə aparacaq.
Vokalçıları beynəlxalq münsiflər heyəti qiymətləndiriləcək. Müsabiqənin keçirilməsi qaydalarına görə, hər bir iştirakçı ölkə münsiflər heyətinə bir nümayəndə göndərəcəkdir. Bu musiqi yarışına iyulun 18-də Kazanda rəsmi start verilib.
Bundan sonra müsabiqədə iştirak etmək arzusunda olduğunu bildirmiş ölkələrdə və regionlarda yerli ifaçılardan sifarişlərin qəbulu başlanıb. Daha sonra ən yaxşı ifaçıları müəyyənləşdirmək üçün hər yerdə milli seçmə turları keçirilib.