13 Sentyabr 2022 14:58
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış fransız kinorejissor, "Yeni dalğa" cərəyanının yaradıcılarından olan Jan-Lük Qodar 91 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Jan-Lük Qodar kino tənqidçisi kimi fəaliyyətə başlayıb, daha sonra bir qrup həmfikirlə birlikdə filmlər çəkib.

Onun “Son nəfəsdə”, “Öz həyatını yaşamaq” filmləri dünya kinosunun gələcək inkişafına təsir göstərib.

Bu filmlər ənənəvi fransız və Hollivud filmlərinə meydan oxuyurdu.

2011-ci ildə rejissor kinonun inkişafındakı xidmətlərinə görə Oskar mükafatına layiq görülüb. Onun filmləri Venesiya Film Festivalında bir neçə “Qızıl Şir” və Berlin Film Festivalında “Qızıl Ayı” qazanıb.


Müəllif: Nərmin