26 Noyabr 2022 20:46
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında “Xurşudbanu Natəvan” tamaşası hazırlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə Xalq artisti Məleykə Əsədova məlumat verib.

O bildirib ki, tamaşada Xurşudbanu Natəvan rolu ona həvalə olunub.

“Bir aydır hər gün ciddi məşqlər edirik. Hazırda praqon məşqlər gedir. Çox yaxın zamanda Allah izin versə Akademik Milli Dram Teatrında yeni tamaşaya-Qarabağın mərd, xeyriyyəçi, vətənpərvər gözəl şairəsi Xurşudbanu Natəvanın taleyindən bəhs edən əsərə baxa biləcəksiniz".

Qeyd edək ki, tamaşa İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanır.

Tamaşanın rejissoru Xalq artisti Azər Paşa Nemətov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.


Müəllif: Pərvin Cəfərova