Mən istəyərdim ki, bizim bəstəkarlarımız öz yaradıcı düşüncələrini irihəcmli musiqi nümunələrinə, onların bəstələnməsi istiqamətinə yönəltsinlər".
Teleqraf.com cəbər verir ki, bu sözləri Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib: "Yalnız bunun sayəsində Azərbaycan musiqisini dünyaya tanıtmaq olar. Təəssüflər olsun ki, bu gün irihəcmli əsərlərə, yəni terminlə ifadə edəsi olsaq, akademik səviyyəli ciddi musiqilərə, onların yaranmasına ehtiyac var. Azərbaycanda 18-ci caz festivalı ilə yanaşı 15-ci musiqi festivalı keçirildi. Fikir verirsinizsə, burada tarazlıq pozulub. Necə olur ki, Üzeyir Hacıbəyov adına Musiqi Festivalı 15-ci dəfə, amma onunla paralel Caz Festivalı 18-ci dəfə keçirilir? Mən çox rica edirəm, məni caz sənətinin düşməni kimi qiymətləndirməyin, amma tarazlığın qorunması çox vacibdir".
Xalq artisti onu da qeyd edib ki, təəssüflər olsun ki, 20-ci əsrin musiqiləri bizim konsert zallarına hələ gəlib çıxmayıb: "Mən burada onlarla ad çəkərəm ki, onlar 20-ci əsr musiqisinin ən önənli imzalarıdır, amma onlar bizim konsert zallarında yoxdur. Mənə bəzən suallar verirlər ki, bizdə indi niyə Qara Qarayev yetişmir? Bu sual mənə veriləcək sual deyil. Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, çünki təhsil ocağı deyil. Bəstəkarlar İttifaqı yetişmiş bəstəkarları üzvlüyünə qəbul edir, onların dünyada çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı şeylərdir. Daha sonra televiziya kanallarında yaradıcılıq ittifaqlarının ləğv edilməsi ilə bağlı səslənən fikirlər mənə çox pis toxunur. Onlar deyir ki, guya həmin yaradıcı ittifaqlar Sovet təbliğatı ilə məşğul olublar. Bu fikir kökündən yanlışdır. Bəstəkarlar İttifaqının başında hər zaman Azərbaycanı sevən, onun musiqisinə canla-başla xidmət edən dahi şəxslər dayanıb ki, o adamlar Azərbaycan musiqisi üçün çalışıblar, Sovet musiqisi üçün yox. Mənə qədərki sədrlər və mən özüm, heç birimiz heç vaxt Sovet musiqisi təbliğatı ilə məşğul olmamışıq".