17 Dekabr 2023 10:17
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

""Bedrana" filmi mənim üçün çox özəldir. Kitabını oxumuşdum və filmində oynamaq istəyirdim. Amma bir gün qəzetlərin birində bu rolu Türkan Şorayın oynayacağını oxudum, çox üzüldüm. Sonra fikir ayrılığı oldu və rol mənə gəldi. O rolla çox gənc yaşda Antalya Film Festivalında mükafat qazandım. Həmin mükafatı alanda mənim 16 yaşım var idi. 1971-ci ildə kinoya addım atdım və 1974-cü ildə "Ən yaxşı aktrisa" mükafatını qazandım. Bu film mənim həm kinoda, həm də həyatımda dönüş nöqtəsi oldu".

Teleqraf.com bu sözləri Yeşilcamın əfsanəvi aktrisası Perihan Savaş Türkiyə mətbuatına müsahibəsində deyib.

Kitab yazacağını dilə gətirən aktrisa həyat yoldaşı Yılmaz Zəfərin həyatından film çəkilməsi arzusunda olduğunu bildirib.

"Çalışacam ki, bunu həyata keçirim. Yılmazı Engin Akyürekin oynamasını istərdim. Mən onları bənzədirəm və düşünürəm ki, o, rolun öhdəsindən gələcək. Amma məni kimin oynayacağını bilmirəm. İnsanın özü üçün qərar verməsi çətindir".


Müəllif: Pərvin Cəfərova