Əməkdar artist Tariyel Qasımov ailəsindən, həyat yoldaşından danışıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən aktyor həyat yoldaşının onu qısqanmadığını deyib:
"Mən ailə həyatı quranda aktyorluqda şöhrətə çatmamışdım. Mədəniyyət və İncəsənət Universitetini bitirəndən sonra öz seçimimlə ailə həyatı qurdum. Sənətdə bu qədər uğura, şöhrətə nail olmağımda ailəmin, həyat yoldaşımın xidməti böyükdür. Həyat yoldaşım məni qısqanmayıb ki, yaradıcılıqda hər şey yolunda gedib. İstədiyim kimi əcnəbi ölkələrdə çəkilmişəm. O deyir ki, sən aktyorsan, sənətindir, belə də olmalıdır. Məni olduğum kimi qəbul edib. Bundan böyük xoşbəxtlik ola bilərmi?"
Nərmin