Hollivud ulduzu Culiya Roberts kiçik oğlunu ad gününü sosial şəbəkə vasitəsilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, aktrisa oğlunun həyatının ilk ilində çəkilmiş arxiv fotosunu yayımlayıb.
“İnanılmazdır ki, bu körpə artıq mənim başımın üzərimdə dayanan 17 yaşlı bir möcüzədir! Ad günün mübarək, gözəl Henri”, – aktrisa yazıb.
Aktrisanın kinooperator Daniel Moderdən üç övladı var: Henridən başqa, onlar 19 yaşlı əkizlər Hazel Patrisiya və Finneas Uolteri böyüdürlər.
Cütlük 2000-ci ildə "Meksikalı" filminin çəkiliş meydançasında tanış olub.