6 İyun 2015 22:44
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı öz tamaşaçılarına təqdim etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşanın premyerası iyun ayının 11-də nümayiş etdiriləcək.

İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Sözügedən tamaşanın teatrın yeni – 88-ci mövsümündə RF-in bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər