Teleqraf.com aktyorlar arasında sorğu keçirib: “Hansı məşhur həmkarınızla tərəf müqabili olmaq istərdiniz?”
Səslənən fikirləri təqdim edirik:
Rasim Balayev: “Tərəf müqabili kimi arzuladığım elə bir aktyor yoxdur. Çəkilmək üçün əvvəlcə yaxşı əsər olmalıdır ki, kiminlə oynayacağını da müəyyənləşdirəsən. Dünyadakı aktyorlardan isə heç kimlə oynamaq haqqında düşünməmişəm. Bilirəm ki, mümkün deyil. Açığı, bizim zamanımız gedib artıq”.
Firəngiz Mütəllimova: “Sənət dostlarım və istedadlı gənclərin hamısıyla bir layihədə rol almaq istəyərəm. Dünyaca tanınmış aktyorlardan isə Tom Kruzla oynamaq istəyirəm”.
Həmidə Ömərova: “Bütün aktyorlar mənə əzizdir, hamısı ilə də tərəf müqabili olmaq istəyərəm. İndiyə qədər çəkildiyim bütün ekran əsərlərində tərəf müqabillərimin hamısından razı qalmışam. Dünya aktyorları ilə eyni səhnəni oynamaq haqqında isə düşünmürəm, hətta arzu da etmirəm. Çünki milli kinomuzun inkişaf etməsinə çalışıram. Bizim aktyorlarımıza nə olub? Maşallah, hamısı gözəl və istedadlıdır. Azərbaycan kinosu dünya arenasına çıxsa, bizim aktyorların dünya aktyorlarından geri qalmadığını sübut edə bilərik”.
Dilarə Əliyeva: “Qardaşım Vüsal Murtuzəliyevlə tərəf müqabili olmaq istəyirəm. O, “Qaynanamız” serialında da qardaşım obrazını canlandırıb. Dünya aktyorlarından isə Kianu Rivzlə məmnuniyyətlə oynayaram. Hərçənd ki, onu yuxumda görərəm” (Gülür)”.
Tahir İmanov: “Fəxrəddin Manafovla tərəf müqabili olmaq istərdim. Dünya aktyorlarıyla tərəf müqabili olmaq səviyyəsinə isə hələ çatmamışam”.
Azər Baxşəliyev: “Komediya filmində tərəf müqabilimin aparıcı Aytən Səfərova olmasını istəyirəm. Yumor çox zaman xanımlarda yaxşı alınmır. Amma Aytənin iynəli yumor hissini çox bəyənirəm”.
Rəqsanə