Ötən gün xalq artisti Həmidə Ömərovanın doğum günü idi.
Teleqraf.com-un məlumatına görə, doğum günlərini qeyd etməyi sevməyən aktrisanı birinci həmkarları təbrik ediblər. Şəxsi “İnstaqram” hesabından video paylaşan aktrisa bunları yazıb: “Gecə saat 1-ə işləmiş evimə hücum edib ad günümü təbrik edən çağrılmamış qonaqlar... Allah onların canını sağ eləsin. Yorğunluğum göyə sovruldu...”
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasına rəhbərlik edir.
“İnstaqram” sosial şəbəkəsindən tez-tez istifadə edən aktrisa nostalji fotolar paylaşmağı sevir. Teleqraf.com bəzi fotoları təqdim edir.
Pərvin