"Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq tam sürətlə gedir. Avstraliya bu Oyunlarda iştirak etməsə də, avstraliyalıların tədbirin keçirilməsinə hazırlıq prosesində iştirak etməsi bizi çox sevindirir".
Trend-in məlumatına əsasən, bunu bu gün Azərbaycana vəkil təyin edilmiş Avstraliyanın Türkiyədəki səfirliyinin ikinci katibi Kristin Makey deyib.
Onun sözlərinə görə, Avstraliya ilk Avropa Oyunlarında iştirak edəcək idmançılara öz dəstəyini bildirib: “Səfirliyin əməkdaşları ilk Avropa Oyunlarına Türkiyədən baxmağa ümid edir”.