“Twitter” sosial şəbəkəsinin Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan “Aztwi.com” saytı I Avropa Oyunları mövzusu ilə bağlı araşdırma aparıb.
Teleqraf.com xəbər verir ki, #Baku2015 açar sözü ilə tvit yazan istifadəçilərin sayı 540 nəfər olub. Onlar ümumilikdə 18307 tvit yazıblar. Bunlardan 5351-i hiperlinki olan tvitlərdir, yəni bu tvitlər vasitəsilə hər hansısa bir saytdan xəbər paylaşılıb.
#Baku2015 açar sözünü yazanların 74,6 faiz bunu stasionar kompüter və ya noutbuk vasitəsi ilə edib.
#EuropeanGames açar sözü ilə 209 istifadəçi 2573 tvit yazıb ki, bunlardan 1926-sı hiperlinki olan tvitlərdir.
#EuropeanGames açar sözünü yazanların 70,9 faizi stasionar kompüter və ya noutbukdan istifadə edib.
Mobil telefon vasitəsi ilə tvit yazan istifadəçilər də aktivlik göstərib. Android istifadəçiləri #Baku2015 açar sözünə, iOS istifadəçiləri isə #EuropeanGames açar sözünə üstünlük veriblər.
İLHAMƏ