11 İyun 2015 14:04
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci Avropa Oyunlarında 56 mindən çox insan akkreditasiyadan keçib. Hər gün minlərlə qonaq Bakıya gəlir. Böyük işlər görülür və doğrudan da bütün bunlar böyük uğurdur".

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Bakı-2015” Koordinasiya Komitəsinin sədri Spiros Kapralos deyib.

S.Kapralos qeyd edib ki, Atletlər Kəndində yüksək şərait yaradılıb və idmançılar da bunu yüksək qiymətləndirir: "Bu Oyunlara hazırlaşmaq asan olmadı. Azərbaycanda 30 ay ərzində çox böyük işlər təşkil olundu, hansı ki, digər ölkələrdə bu işləri təşkil etmək daha çox vaxt aparardı".

Onun sözlərinə görə, bu Oyunlarda bir çox yeniliklər var: "Biz bu yenilikləri Avropa idmanında da tətbiq etməyə çalışacağıq. Hər şeydən əvvəl, bizim karate, çimərlik futbolu, sambo, gimnastika və digər idman növləri üçün yeni qaydalarımız var. Burada tətbiq olunan yeniliklər yalnız bu Oyunlar üçün deyil, gələcəkdə digər oyunların təşkil edilməsi üçün də faydalı olacaq".

S.Kapralos bildirib ki, Bakının hər bir sakininin ən yaxşı Avropa idmançılarının yarışlarına tamaşa etmək imkanı olacaq: "Hesab edirəm ki, Oyunlar ölkədə idmanın inkişafına mühüm təsir edəcək. Oyunlara böyük maraq var. Artıq açılış mərasimi üçün biletlər satılıb qurtarıb və bu, Oyunların gözəl başlanğıcıdır".

O həmçinin bildirib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin daha böyük idman tədbirlərinə, o cümlədən Olimpiya Oyunlarına ev sahibliyi etməsinə imkan yaradacaq.


Müəllif:

Oxşar xəbərlər