14 İyun 2015 01:20
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın ca-news.org portalı “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi haqqında rus dilində material çap edib.

Məqalədə bu möhtəşəm açılış mərasiminin uzun müddət yaddaşlarda qalacağı bildirilir, tanınmış idman xadimləri, tamaşaçılar və ekspertlərin birinci Avropa Oyunlarını tarixi hadisə adlandırdıqları diqqətə çatdırılır.

Eyni zamanda, 68 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu və birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlar barədə məlumat verilir. Məqalədə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışları diqqətə çatdırılır.

Bildirilir ki, mərasimi Rusiya, Türkiyə, Belarus, Türkmənistan, Tacikistan prezidentləri və digər yüksək səviyyəli qonaqlar izləyiblər.

Materialda birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 11 fotoşəkil də yerləşdirilib.


Müəllif: