14 İyun 2015 17:05
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” Birinci Avropa Oyunlarında kişilər arasında voleybol oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, günün növbəti qarşılaşması Belçika və Bolqarıstan kollektivi arasında keçirilir. Birinci setdən sonra hesab bolqarların xeyrinədir. İlk setdə Bolqarıstan yığması 25-16 hesabı ilə qələbə qazanıb. İkinci setin qalibi Belçika yığması oldu: 25-23

Bolqarıstan komandası üçüncü setdə üstünlük qazanıb: 25-20. Dördüncü seti qalibiyyətlə başa vuran Belçika kollektivi hesabı bərabərləşdirib: 25-22. Həlledici setdə də qalib gələn bolqarlar oyunda 3-2 hesabı ilə üstün olub.

Serbiya 1-3 Türkiyə

Qardaş Türkiyənin kişi voleybolçuları Serbiya kollektivi ilə qarşılaşır. Birinci setin qalibi 25-15 hesabı ilə Türkiyə yığması oldu.

Ikinci hissədə serblər üstünlüyü ələ alaraq, qalib gəliblər: 25-21. Üçüncü setdən Türkiyə voleybolçuları qələbə ilə ayrıldı: 25-20

Dördüncü setdə də qələbə qazanan Türkiyə voleybolçuları oyunu qalibiyyətlə başa vurub: 25-18

Slovakiya 3-1 İtaliya

İlk oyun Slovakiya və İtaliya yığma komandaları arasında keçirilib.

Birinci setin qalibi Slovakiya kollektivi olub. Onlar italyanlar üzərində 25-23 hesabı ilə üstün olublar. İkinci setdə də slovaklar İtaliya komandasına macal verməyib: 25-22

Üçüncü setdə İtaliya yığması üstünlük qazandı: 25-22

Dördüncü set oyunda həlledici olub. Belə ki, slovaklar italyanları 25-21 hesabı ilə məğlub etdi. Ümumi hesab 3-1 oldu.

Bu gün daha 4 qarşılaşma oynalınacaq.

Saat 16:30-da Azərbaycan - Finlandiya

Saat 20:00-da Almaniya - Rusiya

Saat 22:00-da Polşa – Fransa


Müəllif:

Oxşar xəbərlər