20 İyun 2015 15:21
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Oyunlarına hazırlığın gedişində biz Azərbaycan üçün vacib beynəlxalq layihənin reallaşacağını bilirdik və bunun da ölkəmizə məxsus yüksək peşəkarlıq, yeni standartlar yaradan istiqamət olacağını düşünürdük. Ancaq düşünmək başqa, bunu reallaşdırmaq, tədbirdə iştirak etmək, möhtəşəmliyi, insanların eyni ruha köklənməsini görmək bir başqa məsələdir".

Bunu "Gündəlik Teleqraf" qəzetinə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, o, bir vətəndaş kimi, Azərbaycanın mövcud siyasi komandasının üzvü olaraq gördülən işlərdən hər zaman qurur duyub: "Amma budəfəki qürur bir başqadır. Azərbaycan özünün malik olduğu imkanları, dəyərlərini, tarixi keçmişini, bu gününü və gələcəyə hesablanan hədəflərini dünyaya təqdim edə bildi”.

Vitse-spiker qeyd edib ki, açılış mərasimində şounu izləyən hamı prosesin möhtəşəm olduğunu gördü: “Hər kəs bunun sülhə, əmin-amanlığa, insanları yaxınlaşdırmağa, mədəniyyətləri qovuşdurmağa, ayrı-ayrı ölkələrin əldə etdiyi nailiyyətlərdən hər kəsin istifadə etməsinə şərait yaradan insanlıq bayramı olduğunu vurğulayır. İndi də proses davam edir. Hər gün ən müxtəlif idman növlərində yarışları izləyirik. Ən sevindirici odur ki, Azərbaycan həm də idman ölkəsi olduğunu, peşəkar idmançılar yetişdirdiyini, tam hazırlıqlı idmançılarının olduğunu sübut edir. Bu gün medalların sayına görə, Azərbaycan ikinci yerdədir. İdmançılarımız qarşıya qoyulan məqsədi yüksək peşəkarlıqla yerinə yetirirlər. Əlbəttə, bununla həm öz reytinqlərini artırır, həm də xalqımızı sevindirirlər. Bu idman bayramından hər kəsə çox böyük pay düşür. Mən bütün bu gözəlliklərin təşkilatçılıq işinə rəhbərlik edən ölkə Prezidentinin, xüsusilə, Mehriban xanımın əməyini və fədakarlığını vurğulamaq istəyirəm. Biz Prezidentin timsalında həm də mənsub olduğu xalqın hər bir nəfərinin qazandığı uğura ürəkdən sevinən böyük bir azərbaycanlını görürük”.

Vitse-spiker qeyd edib ki, bütün idman yarışlarını izləyir: “Mənim xüsusi olaraq hər zaman izlədiyim idman növü qadın voleyboludur. Komanda oyunu məni hər zaman çəkir. Komanda içində öz oyunlarını oynayanları heç zaman sevməmişəm. Bununla belə komanda olmaq və qalib gəlmək üçün hər bir idmançının lider olması vacibdir”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər