“Dünən çox gözəl yarışlar oldu. Olimpiya stadionundakı atletika yarışına 22 mindən çox tamaşaçı gəlmişdi”. Bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor son iki günün yekunları ilə bağlı məlumat verib: “Dünən şosse velosipedinə görə, şəhərin mərkəzində yollar bağlı idi. Bu da müəyyən çətinliklər yaratdı. Amma İçərişəhərin gözəllikləri bütün dünyaya yayıldı. Su idman növləri başa çatdı. Sambo üçün zal hazırdı. 48 mindən çox tamaşaçı olub. Bu da rekord saydı. Xüsusən də, Kristal Zalında və Su İdman Arenasında çox azarkeş var idi. Bəzi məkanlarda tamaşaçılar üçün imkan yaratmışdıq. Bu gün 304 idmançı Bakını tərk edəcək. 1288 nəfər bu günlərdə Azərbaycanı tərk edəcək. Məşəl qoruyucularının fədakar işini qeyd etmək istəyirəm. Hamı yorulub. Amma məşəl qoruyucuları çox gözəl iş görürlər. Nəqliyyat sistemi işlər normal davam etdirilir. İdmançıların 90 faizi vaxtlı-vaxtında öz məkanlarına çatırlar. Bu günə kimi 1100-dən çox idmançı medala sahib olub. Bu gün 40 minə yaxın tamaşaçı marağı gözləyirik. Bəzi yarışlar başa çatacaq. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq. Amma düşünmürük ki, bu yarışlar üçün çətinlik törədəcək. Biz dəfələrlə qeyd etmişik ki, Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları tam yeni yarışdı”.
Saymon Kleq bildirib ki, bəzi yeniliklər var: “Məsələn, basketbolun bu növü yenilikdi. Gimnastikada da müxtəlif yeniliklər var. Gördüklərimə əsasən deyə bilərəm ki, müsbət reaksiyalar var. İnsanlar məmnundular. Bu formatın gələcəkdə istifadə olunub-olunmamasını birlikdə görəcəyik. Xüsusən də, gimnastika müxtəlif formada təbliğ edildi. Bəlkə müəyyən düzəlişlər etmək, təkmilləşdirmək olar”.
Kleq bildirib ki, gələcəkdə Avropa Oyunlarına gələcəkdə yeni idman növlərinin salınması mümkündü: “Avropa Olimpiya Komitəsinə belə bir təklif vermək istərdim. Bəlkə də, Avropa Oyunları gələcəkdə daha böyük olacaq və daha çox idman növləri salınacaq”.
Baş direktor qeyd edib ki, “qara bazar”ın qarşısını almaq üçün monitorinqlər keçirilir: “Biletlər ikinci əldən satılmamalıdı. Biletlərin ikinci əldən satılması yarışların uğurlu olmasından xəbər verir. Lakin biz buna qarşıyıq və çalışırıq ki, qarşısını alaq”.
Onun sözlərinə görə, havaların isti keçməsi onların işinə mane olmur: “Bu günlərdə hava isti olur. Mənə verilən məlumata görə, çərşənbə günü 34 dərəcə isti olacaq. Bu da indiki fəsil üçün normaldı. Bəzi ehtiyat planlarımı mövcuddu. Biz bu yarışı müqəddəs Ramazan ayı zamanı keçiririk. Bunu da nəzərə almışıq”.
İlhamə Əbülfət