24 İyun 2015 21:10
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Döyüşüm çox ağır keçdi. Rəqibim güclü idmançı idi. Amma hər raund tempi artıraraq qələbə qazana bildim".

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı Pavel Silyagini məğlub edərək finala çıxan boksçumuz Teymur Məmmədov deyib.

İddialı danışan Teymur mütləq qızıl medal qazanacağına inandığını bildirib: "Mən yalnız birincilik üçün rinqə çıxıram. Hesab edirəm ki, mən qızıl medala layiqəm".

Finaldakı rəqibindən danışan finalçı onunla ilk dəfə qarşılaşacağını deyib: "Rəqibim İtaliya boksçusudur. Onunla heç bir turnirdə qarşılaşmamışıq. Onun döyüşünü, taktiki gedişlərini izlədim. İnşallah final döyüşündə mən ona qalib gələcəm".

Uğur


Müəllif:

Oxşar xəbərlər