10 İyul 2014 00:21
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən Rusiyada xaricilərə nifrət zəminində 13 adam öldürülüb və 61 adam xəsarət alıb.

“AzadlıqRadiosu”nun məlumatına görə, Moskvada yerləşən “Sova” mərkəzi iyulun 9-da bu haqda açıqlama yayıb.

Məlumata əsasən, təkcə Moskvada ilin birinci yarısında milli zəmində 5 adam öldürülüb, 13 adam xəsarət alıb.

Milli zəmində hücuma məruz qalanların əksəriyyəti Orta Asiya və Qafqazdan olan mühacirlərdir.

Hücum olunanlar arasında Yaponiya və Afrika ölkələrinin də vətəndaşları var.


Müəllif:

Oxşar xəbərlər