10 İyul 2014 17:56
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ukraynalı qadın pilota qarşı iki rusiyalı jurnalistin qətlində iştirak etmək ittihamı irəli sürüb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı Nadiya Savçenko şərqi Ukraynadakı Luhansk şəhərində rusiyapərəst separatçılara qarşı könüllü batalyonda döyüşürdü.

Ötən ay o, keçid məntəqəsinə hücumda iştirak etmişdi. Həmin hücum Rusiya televiziyasının iki jurnalistinin öldürülməsilə nəticələnmişdi.

Ukrayna Rusiyanı Savçenkonu oğurlamaqda ittiham edib və onun buraxılmasını tələb edib.

Ukrayna hökümətinin əsgərləri şərqdəki üsyançılara qarşı döyüşürlər və son günlər ərzində bir neçə böyük şəhərə nəzarəti bərpa ediblər.

Apreldə başlayan üsyan nəricəsində 1000-dən çox adam, o cümlədən mülki şəxslər öldürülüb.

Məlumata görə, Nadiya Savçenko keçid məntəqəsinə hücumdan sonra separatçılar tərəfindən tutulub.

Hazırda o, Rusiya təcridxanasında saxlanılır, amma onun bura necə çatdığı aydın deyil.

Rusiya deyir ki, Savçenko sərhədi könüllü və qanunsuz şəkildə keçib və özünü köçkün kimi təqdim edib.

Ukrayna isə deyir ki, separatçılar onu sərhədi keçməyə məcbur edib.


Müəllif: