18 İyul 2014 16:07
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Nazirliyi 16 yaşlı Məhəmməd Əbu Hdeyrənin terror qurbanı olduğunu qəbul edib.


Şərqi Yerusəlimin 16 yaşlı sakini iyulun 2-də vəhşicəsinə öldürülüb.

Cinayət işinin materiallarına görə, Yerusəlim sakini olan 3 millətçi ərəb, yeniyetmənin tək olmasından istifadə edərək onu avtomobillərinə əyləşdirib şəhər kənarına aparıblar. Meşə zolağında döydükdən sonra onu üstünə benzin tökərək yandırıblar.

Həbs olunanlardan iki nəfəri yeniyetmədir. Əsas şübhəli şəxsin isə 29 yaşı var və o, bir uşaq atasıdır. Xəbər verilir ki, bu şəxs öz doğma qızı anadan olanda onu boğmaq istəyib. Ruhi xəstə kimi dispanserdə siyahıdadır.

Digər iki şübhəlinin adı məxfi saxlanılır.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər