20 İyul 2014 19:29
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya, Fransa və Almaniya liderləri telefonla danışıb.

ANS PRESS-in məlumatına görə, onlar razılığa gəliblər ki, əgər Rusiya prezidenti Vladimir Putin rusiyameylli separatçıların müfəttişləri Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə buraxmasına nail olmasa, Rusiyaya əlavə sanksiya qoysunlar.

Fransa prezidenti Fransua Ollandın mətbuat xidməti iyulun 20-də bu telefon söhbəti barədə məlumat yayıb.

Məlumata görə, o, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri David Kameron Putin qarşısında belə bir tələb qoymaq barədə razılığa gəlib.

Bəyanatda deyilir ki, Rusiya dərhal gərəkli tədbirlər görməsə, Avropa Birliyi iyulun 22-də Xarici İşlər Şurasında nəticələr çıxaracaq.


Müəllif: