31 İyul 2014 12:25
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli mətbuat xəbər verir ki, 16 yaşlı yapon məktəbli bazar günü Sasebo şəhərində sinif yoldaşını qətlə yetirib doğramaqda şübhəli bilinərək həbs edildikdən sonra günahını etiraf edib.

Yapon informasiya agentliyi Kyodonun verdiyi məlumata görə, yetkinlik yaşına çatmadığı üçün adı hallandırılmayan qız, kimisə öldürmək və daha sonra cəsədi doğramaq istədiyini etiraf edib.

Asahi Shimbun qəzeti yazır ki, 15 yaşlı Aiva Matsuo evə gəlmədiyi üçün valideynləri polisə zəng etməli olub və qızın cəsədi bazar günü səhər tezdən şübhəli şəxsin evində aşkar edilib.

Polisdəki mənbələrdən jurnalistlərə verilən məlumata görə, 16 yaşlı şübhəli şəxs rəfiqəsini şənbə axşamı evinə aparıb.

Sonra o, sinif yoldaşının başına küt alətlə zərbə endirib və onu kəndirlə boğub.

Matsuo-nun cəsədi başı və qolları kəsilmiş və qarnı yarılmış vəziyyətdə aşkarlanıb. Polis şübhəli şəxsin evində mişar və çəkiç tapıb.

O da məlum olub ki, rəfiqəsini qətlə yetirdikdən iki saat sonra qız, kəsilmiş əllərin şəkillərini internet vasitəsilə yaymağı bacarıb.

Saxlanılan məktəblinin anası keçən il xərçəng xəstəliyindən vəfat edib, atası isə bu yaxınlarda yenidən evlənib.

Qız, aprel ayından bəri mənzildə təkbaşına yaşayırmış. Tanışları deyir ki, o, xaricdə təhsil almaq üçün hazırlaşırdı.

Kiyodo agentliyi onu tanıyanlara istinadən məlumat verir ki, məktəblinin psixoloji problemləri olub. İndi o, psixiatrik müayinədən keçməlidir.

10 il bundan öncə bu yapon şəhərində, sakinləri sarsıdan başqa bir qətl hadisəsi baş vermişdi. Həmin vaxt 11 yaşlı məktəbli 12 yaşlı rəfiqəsini doğramışdı.

Həmin vaxt hadisəyə səbəb, qətlə yetirilmiş şəsxin internet çatda qatilinin xarici görünüşü ilə bağlı yazdığı şərh olmuşdu.

/BBC/


Müəllif:

Oxşar xəbərlər