11 İyul 2022 13:11
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-qanuni onlayn qumar və mərc saytı yaradaraq idarə etdiyi üçün Türkiyə tərəfindən “qırmızı bülleten”lə axtarışa verilən Yaşam Ayavefeyə Yunanıstanın “fəxri vətəndaşlıq” verdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, rəsmi qərarı Yunanıstan Prezidenti Katerina Sakelaropulu və daxili işlər naziri Mavrudis Voridis imzalayıb.

Ayavefenin Yunanıstana “son dərəcə önəmli xidmətlər”inin olduğu bildirilən qərarda COVID-19 pandemiyası zamanı ölkəyə əsas ehtiyaclar, qida və sanitar ləvazimatları bağışlayaraq milli səhiyyə sistemini çökməkdən xilas etdiyi deyilib.

Qərarda Ayavefenin Yunanıstandakı sərmayələri ilə ölkə iqtisadiyyatına ciddi töhfələr verdiyi də iddia olunub: “Bu səbəbdən ona Yunanıstan vətəndaşlığının verilməsi iqtisadiyyatın strateji cəhətdən gücləndirilməsi çərçivəsində ölkənin maraqlarına xidmət edə bilər”.

Adıçəkilən şəxs 2019-cu ildə Türkiyədə qanunsuz qanunsuz qumar əməliyyatları çərçivəsində İstanbul Baş Prokurorluğunun tələbi ilə İnterpol tərəfindən beynəlxalq səviyyədə axtarışa verilib. Şübhəlinin Türkiyəyə ekstradisiyası üçün lazımi işlər aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər