12 Sentyabr 2022 10:35
3 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanla Türkiyə arasında gərginlik davam edərkən, ABŞ generalından diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Avropa qüvvələrinin keçmiş komandanı Filip Bridlav Vaşinqtonun Türkiyəyə F-35 qırıcıları verməli olduğunu deyib.

General iki müttəfiqin – Türkiyə və Yunanıstanın ümumi təhlükə üzərində fokuslanmasının vacibliyini vurğulayıb.

Bridlav Türkiyənin tələb etdiyi F-16-lar barədə də danışıb. General ABŞ-ın Türkiyəni F-16-larla təmin edəcəyini bildirib. Eyni zamanda, o, Türkiyəyə F-35 verilməli olduğunu vurğulayıb.

Bridlav əlavə edib ki, ABŞ-la münasibətlərinin son zamanlarda geriləməsinə baxmayaraq, Türkiyə NATO-nin vacib hissəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər